görüşə gəlmək (ziyarət etmək)

to pay a visit to someone (to call on someone) наносить визит
görüşə düz vaxtında gəlmək
göstərmək, bir kəsə göstərmək
OBASTAN VİKİ
Ziyarət
Ziyarət (kitab) — Hamlet İsaxanlının şeirlər və "Ziyarət" adlı poemadan ibarət kitabı. Ziyarət piri — Şahbuz rayonunda pir. Ziyarət (dağ, Daşkəsən) — Daşkəsən rayonu ərazisində dağ. Hündürlüyü 2048 m. Ziyarət (dağ, Göygöl) — Xanlar rayonu ərazisində dağ. Hündürlüyü 2040 m. Ziyarət (dağ, Xocavənd) — Xocavənd rayonu ərazisində dağ. Hündürlüyü 2480 m. Ziyarət (çay, Daşkəsən) — Daşkəsən rayonu ərazisində çay.
Ziyarət (kitab)
"Ziyarət" – Hamlet İsaxanlı nın 2009-cu ildə Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görmüş şeirlər və "Ziyarət" adlı poemadan ibarət kitabı. "Kitaba heca, hecalı sərbəst və ya ritmik sərbəst, həmçinin digər vəznlərdə yazılmış, qəmli və sevinc dolu, fəlsəfi və sadəcə xoş əhval yaradan müxtəlif şeirlər daxildir. Epic-lirik "Ziyarət" poeması şairin öz uşaqlığına, doğulduğu kəndə səyahəti ilə, yaxın və uzaq keçmiş haqqında xatirələri ilə bağlıdır". (Supercildin iç üzündən) Mənası "ye, iç, yat" olan ömür, "Nə dərin həyəсan, nə fəryad / Sevdasız bir həyat – nə həyat?!" kimi vəziyyət şairi qane etmir, o, kitabdakı ilk şeirində, oxucunu arzuları həyata keçirmək üçün fəal həyata çağırır. Həyata adətən nikbin baxan, gözəlikdən ilham alan H.İsaxanlı təbiətə vurğunluğunu ifadə edir Şair səyahəti sevsə də, ordakı gözəllik önündə düşüncələrə dalır, "Amma həyat nə kef, nə tamaşadı / Xeyli turşməzədir həyatın dadı". Fəsillərin dəyişməsi hiss olunmayan Malayziyada qəlbin alışdığı xəzan yoxdur; bu, qəribədir... Digər bir sıra şeirlərində şair dünyanın keçiciliyi üzərində düşünür, ismarıclar edir. Şair bilir ki "Getdiyim yol qırılaсaq / Bir gün tamam bitəсək". Lakin kimlərinsə onu yada salacağını da bilir... Və ya İnsan ömrü boyu öyrənir.
Ziyarət Hüseynov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Ziyarət Paşayeva
Ziyarət Paşayeva (tam adı: Ziyarət Nağı qızı Paşayeva; 20 aprel 1990, Xaçmaz) — Azərbaycan gənc alimi, kimya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikası Elm və Təhsil Naziriliyi akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi katibi. Paşayeva Ziyarət Nağı qızı 30 aprel 1990-cı ildə Xaçmaz şəhərində qulluqçu (ziyalı) ailəsində anadan olmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub, 2011-ci ildə həmin universitetin “Bakalavr” pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kompozisiya materialları kimyası” ixtisasının Maqistratura pilləsinə daxil olub, 2013-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. Təhsildə əldə etdiyi nailiyyətlərə görə 2011 və 29 iyun 2013-ci ildə Bakı Dövlət Universitetinin rektorluğu tərəfindən «Fəxri fərmanla» təltif edilmişdir. 2012-ci ildə AMEA-nın Y.H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun “Funksional oliqomerlər” laboratoriyasında kimyaçı vəzifəsində başlamış, hal hazırda qeyd olunan elmi institutda elmi katib vəzifəsində çalışır. O, "Gənc Alimlər və Mütəxəssilər Şurası"nın fəal üzvüdür. 2013-cü ildə Azərbaycan Respublikası Qadınlarının IV qurultayının nümayəndəsi olmuşdur. 20 fevral 2014-cü ildə AMEA Neft-Kimya Prosesləri İnstitutunda 2304.01- “Makromolekullar kimyası” ixtisası üzrə doktoranturaya daxil olmuş, 2017-ci ilin sentyabr ayının 29-da “İon mayelərindən katalitik sistem və həlledici kimi istifadə etməklə alkil (C1, C4, C8, C10) akrilatların sintezi və polimerləşməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir.
Ziyarət piri
Ziyarət piri — Şahbuz rayonunun Nursu kəndində ziyarətgah. Pirin yerində vaxtilə möhrədən tikinti olmuşdur. Hazırda pir binası bişmiş kərpiclə bərpa olunmuşdur. Girişi şimal tərəfdəndir. İçərisində müsəlman adəti ilə dəfn olunmuş qəbir vardır. İçərisinə xalça döşənmiş və islam müqəddəslərinin şəkilləri asılmışdır. Piri XVIII–XIX əsrlərə aid etmək olar.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Ziyarət (dağ, Xocavənd)
Ziyarət — Xocavənd rayonu ərazisində dağ. Qarabağ silsiləsinin cənub-şərqindədir. Hündürlüyü 2480 m. Alban tarixçisi Movses Kalankatlının “Alban tarixi” əsərində Dizapayt kimi adı çəkilir. Kalankatlınin yazdiğına görə, Maskut hökmdarı Sanatrukun 337-ci ildə öldurtdüyü ilk alban yepiskopu Qriqoris burada dəfn edilmişdir. Onun dəfn edildiyi məbəd azərbaycanlılar arasında Ağoğlan piri kimi məşhurdur. Dağ bu məbədə görə Ziyarət dağı adlanmışdır.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Minotavra ziyarət (film, 1987)
Minotavra ziyarət — film rejissor Eldor Urazboyev tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Maksim Qorki adına kinostudiya və "Mosfilm" kinostudiyası da istehsal edilmişdir. Əsas rolları Sergey Şakurov, Anna Kamenkova, Vladimir Samoylov, Aleksandr Filippenko, Valentin Qaft, Mixail Puqovkin, Laymonas Noreyka, Lev Borisov, Qriqori Lyampe, Svetlana Xaritonova, Nina Menşikova, Aleksandr Yakovlev ifa edirlər. Filmdə iki hekayə var. Onlardan biri 1986-cı ildə SSRİ-dən, digəri isə XVII-XVIII əsrlərdə İtaliyada, görkəmli skripka ustası Antonio Stradivarinin yaşadığı və işlədiyi dövrdən bəhs edir. Prokuror, müstəntiqi Stanislav Pavloviç Tixonova məşhur musiqiçi, skripkaçı, SSRİ xalq artisti Lev İosifoviç Polyakovun mənzilində oğurluq hadisəsinin araşdırılmasına dair tapşırıq verir. Əfsanəvi "Santa Maria" skripkası tapılmasa Stradivari iflas ediləcək. İstintaq zamanı məlum olub ki, skripkanın oğurlanması oğruların əsas hədəfi olub. İstintaq zamanı Tihonov cinayətkarların aktiv müqaviməti ilə qarşılaşır. Araşdırmalar davamlı olara davam edir.
Həm ziyarət, həm ticarət...
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Həm ziyarət, həm ticarət... (film, 1995)
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.
Ən çox ziyarət edilən sənət muzeyləri
Ən çox ziyarət edilən sənət muzeyləri — Dünyanın ən çox ziyarət edilən sənət muzeylərinin siyahısı ziyarət edənlər arasında ən böyük marağa səbəb olan, əsasən sənət əsərlərindən ibarət olan ekspozisiya, muzey və qalereyalara aid olan 100 siyahıdan ibarətdir. İncəsənətdə sənət dedikdə heykəl , rəsm, qrafik, fotosənəd və dekorativ-tətbiqi incəsənət anlaşılır. Siyahıya sənət muzeyləri olmayan (məsələn, Pekin şəhərindəki Yasaq şəhər) turistik görməli yerlər qeyd edilməyib.Həmçinin siyahıda qismən incəsənət əsərlərinə malik ekspozisiya, muzeylər deyil , lakin əsasən konkret mövzuya həsr edilmiş xüsusi muzeylər (məsələn, Londonda Təbiət Tarixi Muzeyi) yer alıb. Bu siyahı, beynəlxalq nüfuzlu "The Art Newspaper" sənət jurnalının məlumatlarına əsaslanaraq, ildə bir dəfə birbaşa oxşar siyahıları yazır, bu siyahı 2014-cü ilin məlumatlarına əsaslanır. Siyahıda ən böyük nümayəndəlik ABŞ-da olan muzeylərdir - 18 və Böyük Britaniya - 14, İspaniya (9) və Fransa (8), ardından 6 muzey Braziliya və 5 muzey Rusiya, Avstraliya və Cənubi Koreyada mövcuddur. İl ərzində ən çox ziyarətçisi olan muzeylər Böyük Britaniyadadır - 30 milyondan çox insan. Siyahıdakı muzeylərdən ən çoxu Londonda yerləşir-11 və Paris -7, Berlin, Madrid və Tokioda-4 muzey yerləşir.Siyahıda qeyd edilmiş muzeylərin çoxu, Avropa qitəsi ərazisində yerləşir -55, Şimali Amerika ərazisində -22 muzey, Asiya -12 muzey, Cənubi Amerikada -6, Avstraliya -5; Afrika muzeyləri siyahıda göstərilməyib. ... "Visitor Figures 2014: The grand totals: exhibition and museum attendance numbers worldwide" (PDF). The Art Newspaper.
Ən çox ziyarət edilən saytların siyahısı
Bu siyahı avqust 2023-cü ilin avqust ayına olan məlumata əsasən, Similarweb tərəfindən hər ay yenilənən "Ən yaxşı veb-saytlar sıralaması" siyahısında yer alan ilk 50 veb-sayta əsasən dünyada ən çox ziyarət edilən veb-saytların siyahısıdır. Siyahıda əvvəlki ayla müqayisədə onların reytinqdə dəyişməsi də yer alır. Alexa İnternet 1 may 2022-ci ildə dayandırılmış oxşar reytinq təklif etdi.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Raynı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Ən çox ziyarət edilən sənət muzeylərinin siyahısı
Ən çox ziyarət edilən sənət muzeyləri — Dünyanın ən çox ziyarət edilən sənət muzeylərinin siyahısı ziyarət edənlər arasında ən böyük marağa səbəb olan, əsasən sənət əsərlərindən ibarət olan ekspozisiya, muzey və qalereyalara aid olan 100 siyahıdan ibarətdir. İncəsənətdə sənət dedikdə heykəl , rəsm, qrafik, fotosənəd və dekorativ-tətbiqi incəsənət anlaşılır. Siyahıya sənət muzeyləri olmayan (məsələn, Pekin şəhərindəki Yasaq şəhər) turistik görməli yerlər qeyd edilməyib.Həmçinin siyahıda qismən incəsənət əsərlərinə malik ekspozisiya, muzeylər deyil , lakin əsasən konkret mövzuya həsr edilmiş xüsusi muzeylər (məsələn, Londonda Təbiət Tarixi Muzeyi) yer alıb. Bu siyahı, beynəlxalq nüfuzlu "The Art Newspaper" sənət jurnalının məlumatlarına əsaslanaraq, ildə bir dəfə birbaşa oxşar siyahıları yazır, bu siyahı 2014-cü ilin məlumatlarına əsaslanır. Siyahıda ən böyük nümayəndəlik ABŞ-da olan muzeylərdir - 18 və Böyük Britaniya - 14, İspaniya (9) və Fransa (8), ardından 6 muzey Braziliya və 5 muzey Rusiya, Avstraliya və Cənubi Koreyada mövcuddur. İl ərzində ən çox ziyarətçisi olan muzeylər Böyük Britaniyadadır - 30 milyondan çox insan. Siyahıdakı muzeylərdən ən çoxu Londonda yerləşir-11 və Paris -7, Berlin, Madrid və Tokioda-4 muzey yerləşir.Siyahıda qeyd edilmiş muzeylərin çoxu, Avropa qitəsi ərazisində yerləşir -55, Şimali Amerika ərazisində -22 muzey, Asiya -12 muzey, Cənubi Amerikada -6, Avstraliya -5; Afrika muzeyləri siyahıda göstərilməyib. ... "Visitor Figures 2014: The grand totals: exhibition and museum attendance numbers worldwide" (PDF). The Art Newspaper.
Ölümcül döyüş 2: Məhv etmək (film, 1997)
Ölümcül döyüş 2: Məhv etmək (ing. Mortal Kombat: Annihilation) — 1997-ci ildə rejissor Con R. Leonetti tərəfindən çəkilən fantastik döyüş filmidir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. Liu Keng və Dünyadan (ing. Earthrealm) seçilən bir neçə yaxşı döyüşçü "Ölümcül döyüş" turnirində Xarici Dünyanın (ing. Outworld) cadugəri Şanq Tsunqu məğlub etdikdən sonra zəfərlərini qeyd edirlər. Lakin bu zaman Xarici Dünyanın döyüşçüləri Dünyaya hücum edirlər. Şao Kann müqəddəs qanunları pozaraq Yer kürəsini ələ keçirmək istəyir. İmperator Şao Kann Kitananın anası olan Sindeli dəstəsinə kraliça olaraq seçmişdir. Xarici Dünyanın İmperatoru Şao Kann və onun dəstəsi Dünyaya enməyə başlayırlar.
Ən çox ziyarət edilən sənət muzeylərinin siyahısı (2014)
Dünyanın ən çox ziyarət edilən incəsənət muzeylərinin siyahısında ziyarətçilər arasında ən çox ziyarət edilən və eksponatları əsasən sənət əsərlərindən ibarət olan 100 muzey və qalereya yer alıb. Bədii sənət dedikdə heykəltaraşlıq, rəngkarlıq, qrafika, foto sənəti və dekorativ-tətbiqi sənət aiddir. Siyahıya sırf sənət muzeyi olmayan turistik yerlər daxil edilmir (məsələn, Pekindəki Yasaq şəhər). Həmçinin, eksponatları içərisində qismən sənət əsərləri olan, lakin əsasən konkret tematikaya həsr olunmuş, ixtisaslaşdırılmış muzeylər (məsələn, Londondakı Təbiət tarixi muzeyi) də siyahıya daxil edilməyib. Siyahı ildə bir dəfə oxşar siyahıları dərc edən beynəlxalq nüfuzlu incəsənət jurnalı The Art Newspaperin məlumatlarına əsaslanır; bu siyahı 2014-cü ilin məlumatlarına əsaslanır. Siyahıda ən çox təmsil olunan muzeylər ABŞ-də - 18 və Böyük Britaniyadadır - 14. Sonrakı yerlərdə İspaniya (9), Fransa (8), 6 muzeylə Braziliya və 5 muzeylə Rusiya, Avstraliya və Cənubi Koreya gəlir. Böyük Britaniya muzeyləri ildə ən çox ziyarətçi sayına malikdir - 30.000.000-dan çox insan. Siyahıdakı muzeylərin əksəriyyəti Londonda - 11 və Parisdə - 7, habelə hər birində 4 muzey olmaqla Berlin, Madrid və Tokioda yerləşir. Siyahıdakı muzeylərin əksəriyyəti Avropa qitəsinin ərazisində yerləşir - 55 muzey.
Yer ətrafında 80 günə səyahət etmək (film, 2004)
80 gün dünya ətrafında (ing. Around the World in 80 Days) — film Jül Vern-nin məşhur romanı əsasında Frank Koracinin rejissorluğu ilə çəkilmişdir. Film ingilis bankının naməlum bir Çinlinin (sonradan Lao Şin olduğu ortaya çıxır) qarət etməsindən başlayır. Polisdən gizlənmək üçün, Paspartu adı ilə 50 mil sürət maneəsini qırmağa çalışan gənc bir alim Filyas Foq-a xidmət edir. Uğurlu bir təcrübədən sonra onlar Kral Elmlər Akademiyasına göndərilir, lakin Foq Britaniyanın "ən yaxşı ağılları" nın, xüsusən də hər şey artıq açıq olduğundan, daha da irəliləməyin cəfəngiyat olduğuna inanan lütfkar Lord Kelvinin istehza obyektinə çevrilir. Həmin iclasda soyğunçuluqdan da bəhs olunur. Bundan hirslənən Foq, bankın qarət olunduğuna sevindiyini və oğrunun xidmətçisinin çox maraqlandığı bir ay ərzində Çinə çatacağını iddia edir. Kelvin və Foq mərc girilər. Foq-un qələbəsi ilə Lord Kelvin qarşılığında Elm naziri olacaq; itkisi halında laboratoriyasını məhv etməyə və elmi fəaliyyətdən tamamilə çəkilməyə məcbur olacaqdır. Foq evinə qayıtmaq üçün isti xasiyyətindən və tələskənliyindən təəssüflənsə də, Paspartu onu Foq'un edə biləcəyinə inandırır.